Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür
Nəsimi rayon İcra Hakimiyyəti başçısı və Aparatının məsul əməkdaşları 4-cü mikrorayon ərazisi 20 Yanvar küçəsi, Cavadxan küçəsi, H.Seyidzadə küçəsində, parklarda, abad həyətlərdə olarkən sakinlərlə görüşüb və sakinləri narahat edən məsələlərlə maraqlanaraq, onların müraciətlərini dinləyib.
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla həyata keçirilir.
RİH başçısı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tövsiyylər verib.