Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, pedoqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə bildirilmişdir ki, 2021-ci ildən etibarən məktəbdə “STEAM”, “Rəqəmsal bacarıqlar”, peşə təmayüllü və icma əsaslı məktəbəqədər təhsil layihələri fəaliyyət göstərir.
Gənclərdə əmək bacarıqlarının formalaşdırılması üçün peşə təmayüllü siniflərdə “Qrafik-dizayner”, “Aşpaz köməkçisi”, ”Komputer operatoru”, “Qənnadçı köməkçisi” ixtisasları üzrə peşə təhsili verilir. Bildirilmişdir ki , son iki ildə peşə təhsili alan 51 məzundan böyük əksəriyyəti əmək bazarında öz ixtisasları üzrə işlə təmin olunmuşdur.
Hazırda məktəbdə 47 nəfər pedaqoji, 6 nəfər inzibati və 17 nəfər texniki heyət çalışır. Məktəbdə 22 sinif komplektində 551 şagird təhsil alır.
2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür.
2025-2026-cı tədris ilində məktəbi bitirən 74 məzunun 34 nəfəri müxtəlif ali təhsil məktəblərinə qəbul olunmuş, onlardan iki nəfəri 600-dən yuxarı bal toplamışdır.
Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirildiyi vurğulanmış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı müstəsna əhəmiyyətindən ətraflı bəhs edərək bildirdi ki, cəmiyyətin geniş təbəqələrini öz ətrafında birləşdirən YAP-ın bu ali toplantısı həm partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həm də xalq-iqtidar həmrəyliyinin növbəti dəfə nümayiş etdirilməsi baxımından mühüm tarixi hadisədir. Qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan yeni hədəflərin müasir Azərbaycanın davamlı inkişafına güclü təkan verəcəyi xüsusi vurğulanmışdır.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin kollektivini təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq Ümummilli Lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” kəlamının müəllimlərin əməyinə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırmışdır.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Vəliyev Asəf, Rzayev Həsən, Səmədova Nuriyyə, Dənziyev Mübariz, Zeynalova Nafilə, İbrahimov İbrahim, Məmmədov Həmid, Alıyev Gülağa, İbrahimova Məlahət, İbrahimov Rasim, Rəhimov Mirzə, Bayramov Şöhrət və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






