Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

11 iyun 2026 | 11:00

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il iyunun 10-da şəhid Rövşən Nəsirov adına 111 nömrəli tam orta ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən bəhs olunmuş, onun ölkəmizdə siyasi sabitliyin təmin olunması, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətinin bu gün də uğurla davam etdirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Ümummilli liderin zəngin siyasi irsi müasir Azərbaycanın inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, gələcək nəsillər üçün də mühüm örnəkdir.

Çıxış zamanı vurğulandı ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə qayıdışı ölkəmizin qarşısında duran mürəkkəb çağırışların aradan qaldırılmasında, sabitliyin təmin olunmasında və dövlət idarəçiliyinin təkmilləşdirilməsində mühüm rol oynamışdır. Ulu öndərin zəngin siyasi irsi, uzaqgörən dövlətçilik konsepsiyası və milli maraqlara əsaslanan fəaliyyət prinsipləri müasir Azərbaycanın inkişafının ideoloji və strateji əsaslarını formalaşdırmışdır.

Təməli Ümummilli Lider tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi bildirilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Alimə Cəfərova, Lamiyə Əsgərova, Natavan Əhmədova, Murad Babayev, Balaxanım Quliyeva, Nəzakət Abilova və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə  müvafiq tapşırıqlar verilmişdir.

 

 

Keçidlər