Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
14 aprel 2026 | 14:36
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 13 aprel 2026-cı il tarixdə Namiq Məmmədov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, pedaqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar və sosial layihələrin, xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahələrindəki diqqət və qayğının cəmiyyətin mənəvi tərəqqisinə verdiyi böyük töhfələr xüsusilə vurğulanmış, Nəsimi rayonu ərazisində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilmişdir.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Elnarə Məmmədova, Zülfiyyə Namazova, Talıb Sadıqov, Səxavət Xalıqov, Sevinc Əliyeva, Gülnaz Bayramova, Sürəyya Salamzadə, Sahib Qasımov, Rəşad Hüseynli, Zərifə Nağıyeva, Elşən İsmayılov və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






