Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

16 iyul 2026 | 11:08

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il iyulun 15-də  Abdulla Şaiq adına 54 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə bildirilmişdir ki, Abdulla Şaiq adına 54 nömrəli tam orta ümumtəhsil məktəbi 1976-cı ildən fəaliyyət göstərir. Məktəb əvvəlcə 1 korpusdan ibarət olmuş, 2005-ci ildə məktəbin 2-ci korpusu istifadəyə verilmişdir. Əsas korpus 840, ikinci korpus isə 240 şagird yerlik olmaqla ümumulikdə 1080 nəfər şagird üçün nəzərdə tutulub. Məktəb iki növbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində məktəbdə 63 sinif komplektində 1746 şagird və məktəbəhazırlıq qruplarında 98 uşaq tədrisə cəlb edilmişdir. Məktəbdə hazırda 107 nəfər pedaqoji, 26 nəfər texniki heyət üzvü çalışır.

Məktəb 2014-cü ildə əsaslı təmir edilmiş, 02.09.2014-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbə gələrək təmirdən sonrakı vəziyyətlə tanış olmuş, pedaqoji kollektivə öz tövsiyələrini vermişdir.

45 sinif otağı, 6 informatika otağı, 2 xarici dil kabineti, fizika, kimya və biologiya kabinetləri və laboratoriyaları, akt zalı, idman zalı, kitabxana, tibb otağı, yeməkxana mövcuddur. "STEAM" və  "Rəqəmsal bacarıqlar" layihələri tətbiq edilir.

2008-2009 və 2015-2016-cı tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə "Ən yaxşı ümumtəhsil Məktəbi" adına layiq görülmüşdür.

2024-2025-ci tədris ilində məktəbi 113 nəfər şagird bitirmiş, onlardan 84 nəfəri (74,3%) ali məktəblərə qəbul olmuşdur.

2025-2026-cı tədris ilində məktəbi 107 nəfər tam orta təhsil səviyyəsi üzrə, 168 nəfər isə ümumi orta təhsil səviyyəsi üzrə bitirərək məzun olmuşdur.

Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirildiyi diqqətə çatdırılmış, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən sosial-humanitar layihələrin cəmiyyətin mənəvi inkişafına verdiyi töhfələr xüsusi qeyd olunmuşdur.

Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Təranə Seyidova, Elmar Əsgərov, Arzu Osmanova, Ülkər Qurbanova, Tamara Ayralova, Surəddin Həmidov, Orxan Bayramov, Həzran Usubov, Xalidə Cəbiyeva, Elçin Eminov, Etibar Tağıyev, Rüstəm Abıyev, Əli Behniya və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər