Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

21 aprel 2026 | 12:35

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il aprelin 20-də tarixdə Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, pedaqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davamlı olaraq yüksək səviyyədə təmin edildiyi diqqətə çatdırılmış, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən sosial-humanitar layihələrin cəmiyyətin mənəvi inkişafına verdiyi töhfələr xüsusi qeyd olunmuş, Nəsimi rayonu ərazisində reallaşdırılması planlaşdırılan yeni layihələr barədə ətraflı məlumat verilmişdir.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Safura İbrahimli, Mehriban Rəhimova, Ulduzə Məmmədova, Şahnigar Yusifova, Töhfə Cavadova, Ramella Hüseynova, Arif Hüseynov, Dilarə Məmmədova, Şahmar Əliyev, Rəna Sarıvəliyeva və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər