Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq Yusif Mirzəyev adına 44 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedoqoji kollektiv ilə görüşmüşdür.
Görüşdə bildirilmişdir ki, məktəbdə kimya, biologiya, fizika, informatika kabinetləri, idman zalı, akt zalı, kitabxana, tibb otağı, bufet fəaliyyət göstərir. Məktəbdə 51 sinif komplektində 463 şagird təhsil alır.
Məktəbin şagirdləri müxtəlif respublika müsabiqələrində və fənn olimpiadalarında uğurlu nəticələr əldə ediblər.
Məktəbin 10-cu sinif şagirdləri Əliyeva Aylin Rəşad qızı və Muradzadə Rəvan Zaur oğlu 2022-ci ildə keçirilən "Sabahın alimləri" X Respublika müsabiqəsində III yerə layiq görülüblər.
Məktəbin 11-ci sinif şagirdi Tağızadə Nəsimi İsmayıl oğlu 2024-cü ildə "Zəfər tarixi" və Respublika Fənn Olimpiadalarının qalibi olub, tam orta təhsilini qızıl nişanla başa vurub.
2025/2026-cı tədris ilində məktəbin 11-ci sinfini 58 məzun bitirib. Onlardan 23 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Qəbul olan məzunlardan 2 nəfəri 600-dən çox bal toplayıb.
Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirildiyi vurğulanmış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur.
Tədbirdə görüş iştirakçılarına Nəsimi rayonunun sosial-iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat da verilmişdir.
Görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı 2026/2027-ci tədris ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq Ümummilli Lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” kəlamının müəllimlərin əməyinə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırmışdır.
Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.
Sakinlərdən Hüseynova Nazilə, Məlikova Aynur, Müseyibova Xatirə, Həşimova Ceyran, Maqsudova Akifə, Rzayev Ağabəy, Cəfərov Mayıs, Qarayev Xəyyam, Nadirov Ramiz, Sideyifzadə Rəfiyyə, Əmrahova Validə, Mikayılova Röya, Murtuzayeva Vəfa, Əliyev Elnur, Nəcəfova Limon, Nəcəfova Aytən, Nuriyeva Təranə, Süleymanova Afət, Məmmədova Almaz və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.
Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.






