Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

28 aprel 2026 | 11:00

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təsdiq olunmuş qrafikə uyğun olaraq 2026-cı il aprelin 27-də Eldar Tağızadə adına 164 nömrəli tam orta ümumtəhsil məktəbində səyyar qəbul keçirmişdir. Qəbuldan öncə rayon İcra Hakimiyyətinin başçısı məktəbdəki şəraitlə tanış olmuş, məktəbin kitabxanasına və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış, pedaqoji kollektiv ilə görüşmüşdür.

Görüşdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq yeni müstəvidə uğurla davam etdirildiyi vurğulanmış, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və mədəniyyət sahələrində icra olunan genişmiqyaslı sosial-humanitar layihələrin cəmiyyətin mənəvi tərəqqisinə verdiyi əvəzsiz töhfələr xüsusi qeyd olunmuşdur. Tədbir çərçivəsində həmçinin, Nəsimi rayonu ərazisində reallaşdırılması nəzərdə tutulan yeni infrastruktur və abadlıq layihələri barədə ətraflı məlumat verilmişdir.

Sonra İcra Hakimiyyətinin başçısı səyyar görüşə qatılmış rayon sakinlərinin müraciətlərini dinləmişdir.

Sakinlərdən Kəmalə Rəhimova, Kamal Hacıyev, Sücaət İsmayılova, Bikəxanım Ağayeva, Aygün Məmmədova, Vəfa Xamed, Rauf Ağayev, Akif Əliverdiyev, Səidə İlxaszadə, Günay Həsənova və digərləri bir sıra məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər