Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirdi.

11 noyabr 2022 | 13:43

Nəsimi rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlığın vəziyyəti, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın iclası keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər qeyd olunmuşdur.

Həmçinin, qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2022-ci il tarixində keçirdiyi müşavirədə verilən tapşırıqlar  yığıncaq iştirakçılarının nəzərinə çatdırılaraq zəruri tədbirlərin həyata keçirilməsi vacibliyi bildirilmişdir.

Payız-qış mövsümü ilə əlaqədar rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq  fəaliyyət göstərən Qərargah tərəfindən əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanmışdır.

RİH başçısı qanunsuz tikinti və küçə ticarəti hallarının yolverilməzliyini və bu halların qarşısının alınması üçün rayon ərazisində zəruri tədbirlərin görülməsinin davam etdirilməsinin  vacibliyini bildirdi.

İclasda Nəsimi  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Xidmət sahələrinin, Bələdiyyənin rəhbərləri, rayon Polis İdarəsinin nümayəndəsi qaldırılan məsələlərlə bağlı görülmüş işlər və irəli gələn vəzifələrin icrası barədə məlumat vermişlər.

Müzakirələr zamanı  məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər