Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbulda

13 iyul 2022 | 11:55

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir.

Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil məsələsi, yeni layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qəzalı vəziyyətdə olan binalar, dam örtüyünün və qaz xəttinin təmiri, quru ağacın götürülməsi  barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq yeni layihələrə salınması istəyini bildirmişlər.

 Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan,  Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

   Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi. Qəbulda Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatının sədri və İctimai Şuranın üzvləri iştirak etmişlər.

     Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər