Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Eyvazov Tariyel, İlyasov Elçin, Mahmudova Mehriban, Musayeva Tərlan, Hüseynov Sədi, Fərhadov Araz, Qurbanov Əşrəf və digərləri bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin olunma, təhlükə yaradan ağacın götürülməsi, asfalt örtüyünün bərpa olunması, keçmiş kommunal bocun silinməsi, məişət tullantıları konteynerlərinin qoyulması barədə müraciətlər etdilər.
Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, torpaqlarımızın mötəşəm qələbə ilə işğaldan azad olunmasından, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan, Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.