Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

15 fevral 2023 | 13:10

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2023-cü il fevral ayının 15-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq prospekti, Ağadadaş Qurbanov küçəsi, Mərdanov qardaşları küçəsi, Rəşid Behbudov küçəsi, Süleyman Rüstəm və Füzuli küçələrinin sakinləri iştirak etmişlər.

Sakinlərdən  Əzizov Polad, Rzayev Namiz, Hüseynova Aygün, Əmirov Vaqif, Quliyeva İncibəyim, Dadaşova Samirə, Hüseynova Günay və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən qəzalı binalarla bağlı tədbirlər görülməsi,  dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, mənzil şəraitinin yaxşılaşdırılması üçün artırmaya icazə verilməsi, yardım göstərilməsi, su təchizatının yaxşılaşdırılması barədə müraciətlər etdilər.

Sakinlər adından İslamova Dünyaxanım yaşadıqları binaların qəzalı olduğundan yenidənqurulmasının, yeni  layihələrə salınmasının vacibliyini qeyd etdi. Müraciət  ilə  bağlı rayon ərazisində təsdiq edilmiş layihələr üzrə bir çox məhəllədə köçürmə, söküntü-tikinti işlərinin aparıldığı, rayonun digər ərazilərində də yenidənqurma işlərinin aparılması üçün aidiyyəti təşkilatlara müraciətlər edildiyi və bu məsələlərə müasir şəhərsalma prinsipləri əsasında baxıldığı barədə geniş məlumat verildi.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi. Qəbulda Qardaş Türkiyədə baş vermiş zəlzələnin qurbanlarının xatırəsi bir dəqiqəlik sükutla yad edildi.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər