Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

02 noyabr 2023 | 10:09

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq prospekti, Mirəli Qaşqay, Ruhulla Axundov, Bakıxanov,  Sahib Zeynalov, Süleyman Rüstəm,  Qulu Quliyev, Mərdanov qardaşları, Kaveroçkin, İzzət Həmidov, Eldar Tağızadə  küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.

Sakinlərdən  Musayeva Zinaida, Hüseynova Ruhəngiz,  Qənizadə Nazim, Rzayev Asif, Əhmədova Rəhilə, Poladxanov Elmar, Babayeva Mehriban, Quliyev Murad, Daşdəmirova Fəridə, Məhərromava Günay, Məmmədova Sevinc və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən pilləkənlərin təmiri, dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, ağacların budanması, zirzəminin təmiri, qəzalı bina,  navalçanın təmiri, pəncərənin təmiri, kiçik ölçülü urnaların qoyulması ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər, xüsusilə bu ilin sentyabr ayının 19-20-də 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması yüksək qürur və minnətdarlıq hissləri ilə qeyd edilmişdir. Qəbulda şəhidlərimizin xatırəsi sükutla yad edildi.

Rayon ərazisində görülən işlər, xüsusilə “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

  Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

       Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər