Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Alı Mustafayev, Əliisgəndər İsgəndərov, Hüseynbala Əliyev, Cavadxan, 3-cü Alatava, 20 Yanvar küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Ələkbərova Nabat, Zeynalova İradə, Tağıyev Etibar, Abıyev Rüstəm, İsgəndərova Şahizər, Həsənov Kənan, Aslanov Azər, Şıxkərimov Nizami, Əliyev Fərman, Əliyeva Vəfa, Ramazanov Azad və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, ağacın götürülməsi, həyətin abadlaşması, iş ilə təmin, kanalizasiya xəttinin təmiri, binanın giriş qapılarının təmiri, asfalt örtüyünün təmiri, istismar müddəti bitmiş köhnə binaların sökülməsi və yenilərinin inşa edilməsi zərurəti barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.