Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Cavadxan, 20 Yanvar, MirCəlal küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Məmmədova Xatirə, Hacıyeva Hicran, İbrahimova Tamilla, Abdurəhmanova Rəbiyyə, Məmmədova Ofeliya, Məmmədov Cavad, Ələsgərov Vüqar, Cəfərli Asiman, Müşfiqov Mahmud, Cəfərova Vəfa və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, yağış suları ötürücülərinin təmiri, pəncərələrin təmiri, ağacın budanması, həyətin abadlaşması, həyətdə dayanacaq yaradılması, söhbətgahın təmiri, kanalizasiya xəttinin təmiri, həyətdəki əyləncə qurğusunun təmir olunması, asfalt örtüyünün təmiri, kafenin fəliyyəti barədə müraciətlər etdilər.
Qəbul zamanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, “Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə sakinlərə məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.