Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti, MirCəlal, Cavadxan, 20 Yanvar, Asif Məhərrəmov, Hüseyn Seyidzadə küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.
Sakinlərdən Hacıyev Namiq, Nəbiyev Sədrəddin, Arifov Yusuf, Quliyeva Billurə, Daşdəmirov Musa, Əliyeva Lalə, Cəfərova Sabirə, Əhmədağa Mehdi, Feyziyeva Samirə, Məmmədova Nuranə, Hüseynova Təranə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətin abadlaşdırılması, kanalizasiya xəttinin təmiri, ağacların budanması, asfalt örtüyünün təmiri, qanunsuz küçə ticarəti edənlərlə bağlı tədbir görülməsi, həyətin işıqlandırılması, qaz xəttinin təmiri, avtomobillərin park olunması, iş ilə təmin, su təchizatının fasilələrlə verilməsi, həyətdə istirahət guşəsinin salınması barədə müraciətlər etdilər.
Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilərək, bu ilin sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması yüksək qürur və minnətdarlıq hissləri ilə vurğulanmışdır. Qəbulda şəhidlərimizin xatırəsi sükutla yad edilmişdir.
2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumatlar sakinlərin nəzərinə çatdırılmışdır.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.