Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

10 aprel 2023 | 10:06

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Sakinlərdən  Cəfərova Raisə, Quliyev Teyyub, Hüseynova Rəna, Heydərova Şəhla, İbrahimova Tamilla, Sadıqov Sadıq, Cəfərova Vəfa, Əliyev Turab və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən binanın və həyətlərin təmiri, kanalizasiya xəttinin təmiri, avtomobillər üçün həyətdə parkinq, həyətin işıqlandırılması, quru ağacın götürülməsi, su təchizatının yaxşılaşdırılması, məişət tullantıları üçün əlavə konteynerlərin qoyulması, dam örtüyünün təmiri, paltar qurudulması üçün şərait yaradılması barədə müraciətlər etdilər.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər