Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti, A.Məhərrəmov, H.B.Əliyev, M.Cəfərov, 20 Yanvar küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Məmmədova İlahə, Muxtarova Reyhan, İslamova Nəzakət, Qarayev Zahid, Hüseynova Səkinə, Həsənova Fatimə, Abdurəhmanova Aybəniz, Hacıyev Namiq, Məhərrəmov İzzət və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, ağacliş ilə təmin, kanalizasiya xəttinin təmiri, binanın giriş qapılarının təmiri, həyətin işıqlandırılması, asfalt örtüyünün təmiri barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin “Abad həyət” layihəsinə təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.