Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafik üzrə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Abbas Səhhət, Ənvər Qasımzadə, Rəşid Behbudov, Sahib Zeynalov, Süleyman Rüstəm, Vladislav Plotnikov küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.
Sakinlərdən Mahmudov Yusif, Həsənov Hidayət, Cəfərova Rəna, Qəhrəmanova Rəxşəndə, Nurəddinova Familə, Məmmədov Camal, Rzayev Tahir, Həsənova Təranə, Hacıyeva Gülxar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, liftin qapısının təmiri, qəzalı bina, qaz təzyiqinin aşağı olması, istilik təchizatının yaxşılaşdırılması, işıqfor quraşdırılması, tikinti ərazisindən çıxan yük maşınlarının yolu çirkləndirməsi, elektrik sayğacının dəyişdirlməsi ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.
Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər, xüsusilə bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması yüksək qürur və minnətdarlıq hissləri ilə qeyd edilmişdir.
Rayon ərazisində görülən işlər, xüsusilə “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.