Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Bülbül prospekti, Fikrət Əmirov, Səməd Vurğun, Puşkin, Kövkəb Səfərəliyev, 28 May, Şamil Əzizbəyov, Süleyman Rəhimov, Bəşir Səfəroğlu, Kaveroçkin, 3-cü Sverdlov döngəsi küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.
Sakinlərdən Cəlilova İradə, Quliyev Mais, Mehdiyev Anar, Mansurov Tapdıq, Musayev Yusif, İbrahimova Sevinc, Əliyeva Günel, Əmirova Esmira və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən eyvanların təmiri, dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, ağacların budanması, qəzalı bina, pəncərənin təmiri, tullantı üçün əlavə konteynerlərin qoyulması, təhlükəli vəziyyətdə olan istinad divarı, binaya giriş qapısının qoyulması, suyun fasilələrlə verilməsi, sosial yardımın verilməsi barədə müraciətlər etdilər.
Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər, xüsusilə bu ilin sentyabr ayının 19-20-də 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması yüksək qürur və minnətdarlıq hissləri ilə qeyd edilmişdir.
Rayon ərazisində görülən işlər, xüsusilə “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.