Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

17 yanvar 2024 | 10:03

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Bülbül prospekti, Azadlıq prospekti, Nizami küçəsi, 28 May, Əlibəy Hüseynzadə, İbrahim Əbilov, Rəşid Behbudov, Sübhi Salayev, Mərdanov qardaşları döngəsi küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.

Sakinlərdən  Hüseynov Kərəm, Əzimov Mürsəl, Mehdiyev Anar, Hüseynov Rasim, Məmmədova Yeganə, Ağayeva Bikəxanım, Bədəlov Akif, Hüseynova Kəmalə, Məmmədova Zinyət, Eyvazov Elçin, Əliyev Akşin və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən eyvanların təmiri, dam örtüyünün və navalçanın təmiri, kanalizasiya xəttinin təmiri, tullantı üçün əlavə konteynerlərin qoyulması, sosial yardımın verilməsi, iş ilə təmin, su sayğacı, özəl müəssisənin fəaliyyəti, yenidənqurulan ərazidə söküntü işlərinin sürətləndirilməsi barədə müraciətlər etdilər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər, xüsusilə lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması qeyd edilmişdir.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

 

Keçidlər