Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Səməd Vurğun, 28 May, Şamil Əzizbəyov, Süleyman Rəhimov, Puşkin, Sarabski, Şəmsi Bədəlbəyli küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.
Sakinlərdən Rəhimova Mehriban, İmməliyeva Qızılgül, İsmayılov Elçin, Şaxsevənov Şəmşir, Babayev Cavad, Hakimov Hacı, Kovarçyuk Natalya, babaşova Esmira, Hüseynova Xalidə, Məmmədova Nahidə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, ağacların budanması, dam örtüyünün təmiri, qəzalı bina, iş ilə təmin, həyətin təmiri, suyun fasilələrlə verilməsi,tüstü bacalarının təmizlənməsi, elektrik sayğacının dəyişdirilməsi, navalçaların təmiri barədə müraciətlər etdilər.
Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər yüksək qürur və minnətdarlıq hissləri ilə qeyd edilmişdir. Rayon ərazisində “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.