Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq prospekti, Bakıxanov, Rəşid Behbudov, Kaveroçkin, Şövqiyar Abdullayev, Feyzulla Qasımzadə, Xan Şuşinski küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.
Sakinlərdən Məmmədov Ramiz, Qurbanova Səma, Quliyev Ağaəli, Abdullayev Rahib, Sadıyeva Səidə, Qənizadə Nazim, Baxışov İsmayıl və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən abadlıq işləri, dam örtüyünün və yolun təmiri, iş ilə təmin, qəzalı binalarla bağlı tədbirlər görülməsi, su təchizatının yaxşılaşdırılması, zibil konteynerlərinin yerləşdirilməsi ilə bağlı tədbir görülməsi barədə müraciətlər etmişlər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirmiş və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar vermişdir.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.