Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda

24 may 2023 | 13:21

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq prospekti, MirQasımov, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Sahib Zeynalov, Süleyman Rüstəm, Səməd Vurğun, Mərdanov Qardaşları küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.

Sakinlərdən  Yaqubova Günel, Əhmədov Kənan, Həsənov Azər, Məmmədov Allahverdi, Əmirov Etibar, Həsənova Gülarə, Cəfərova Aynurə və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən abadlıq işləri, binanın fasadının təmiri, küçənin işıqlandırılması, kanalizasiya xəttinin təmiri, həyətdə əyləncə qurğularının qurulması, söküntü  ərazisində hasarlanma işləri ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı tərəfindən rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyi bildirildi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verildi.

“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmiş, Ümummilli liderin 100 illiyi münasibətilə ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da genişmiqyaslı tədbirlərin keçirildiyi qeyd olundu.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

 

 

 

Keçidlər