Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Ümrə ziyarətindən qayıdan şəhid ailəsi üzvləri ilə görüşüb.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Şəhid ailə üzvlərinin müraciətləri nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 7 şəhid ailəsi üzvü 10 – 17 noyabr tarixlərində Ümrə ziyarətinin yerinə yetirilməsi üçün Səudiyyə Ərəbistanına yola salınıblar.
Ziyarətdən qayıtdıqdan sonra zəvvarlar Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul olundu. Səmimi söhbət zamanı şəhid ailələrinin üzvləri daima dövlət qayğısı ilə əhatə olunduqlarını və bu qayğı nəticəsində təskinlik tapdıqlarının dilə gətiriblər.
Qeyd edək ki, qisa bir müddətdə sentyabr, oktyabr, noyabr ayları ərzində 17-si şəhid ailə üzvü, 3-ü isə rayon ərazində yaşayan aztəminatlı ailələrin üzvü olmaqla ümumilikdə 20 nəfərin Ümrə ziyarətinə yolla salınması üçün müvafiq tədbirlər görülmüşdür.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.