Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Ümrə ziyarətindən qayıdan şəhid anaları ilə görüşüb.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Şəhid analarının müraciətləri nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 şəhid ailəsi üzvü və 1 Vətən müharibəsi əlili 29 sentyabr – 6 oktyabr tarixlərində Ümrə ziyarətinin yerinə yetirilməsi üçün Səhudiyyə Ərəbistanına yola salınıblar. Ziyarət çərçivəsində zəvvarlar Mədinə və Məkkə şəhərlərində müsəlmanlar üçün tarixi əhməiyyət kəsb edən məbədləri ziyarət edib və bir sıra dini ainləri yerinə yetiriblər.
Ziyarətdən qayıtdıqdan sonra zəvvarlar Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul olundu. Səmimi söhbət zamanı şəhid ailələrinin üzvləri daima dövlət qayğısı ilə əhatə olunduqlarını və bu qayğı nəticəsində təskinlik tapdıqlarının dilə gətiriblər. Qəbul zamanı rayon İcra Hakimiyyəti tərəfindən daha 6 şəhid anasının yaxın günlərdə Üzmrə ziyarətinə gönəriləcəyi barədə məlumat verildi.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.