Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Vətən müharibəsi şəhidlərinin və Vətən müharibəsi əlillərinin ailələrini ziyarət edib.
Azərbaycan xalqı Müzzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən Müharibəsində Müasir Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazılan tarixi bir qələbə qazanaraq 30 il həsrətində olduğu doğma Qarabağ torpaqlarına qovuşdu. Vətən Torpaqlarının azadlığı uğrunda canlarından keçən Şəhidlər, qanlarının tökən qazilər Xalqımız və dövlətimizin qürur mənbəyinə çevrildilər. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müharibədən sonrakı dövürdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.
Bu siyasi xəttə uyğun olaraq Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin rəbərliyi müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir. Nəsimi rayon İcra Hakmiyyəti bütün dövlət və dini bayramların şəhid və qazi ailələri ilə birlikdə qeyd olunmasını artıq adət-ənənə halına gətirmişdir.
Bir neçə gün öncə Şəhid ailələri və qazilər ilə iftar süfərsi arxasında böyük bir görüş keçirilmişdir.
Dünya müsəlmanlarının ən əziz bayramlarından olan Ramazan bayramının qeyd olunması münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Şəhid Mikayılov Cəbrayıl Valeh oğlunun, Şəhid Məmmədov Vüqar Elxan oğlunun, Şəhid Əliyev Rauf Səxavət oğlunun, Şəhid Kazımov Vüsal Vüqar oğlunun ailələrinin və Vətən müharibəsi qaziləri Abduləzizov Rövşən Nazim oğlunu, İsmayılov Əkbər Müşviq oğlunu mənzillərində ziyarət edib. Səmimi söhbət zamanı ailələrin qaldırdıqları məsələlərin həll olunması üçün RİH-nin Baçısı müvafiq göstərişlər verib və məsələləri şəxsi nəzarətinə götürüb.
Bütün bayramlaqda olduğu kimi bu bayramda da rayon ərazisində yaşayan imtiyazlı ailələrə maddi yardım və bayram sovqatları təqdim olunub.
Sonda Şəhid ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.