Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı yaralı hərbi qulluqçularla görüşdü.

19 sentyabr 2022 | 11:19

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Nəsimi rayonundan ordumuzun bir neçə hərbi qulluqçusu yaralanıb.

Nəsimi RİH-nin başçısı Asif Əsgərov Müdafiə Nazirliyinin Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara baş çəkib, onların səhhəti ilə maraqlanıb.

Səmimi görüş zamanı yaralı hərbi qulluqçular onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər