Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Dövlət qulluqçularının etik davranışı” mövzusunda təlim keçirilib.

22 may 2023 | 09:50

Nəsimi rayon İcra Hakimiyyətində “Hüquq və İnsan Haqları İnstitutu” PHŞ-i tərəfindən rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini Natavan Rüstəmova, İnstitutun təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı, əməkdaşları Gülnaz Ələsgərova və Nəzrin Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini Natavan Rüstəmova Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında 739 nömrəli 23 noyabr 2018-ci il tarixli Sərəncamının “Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi”nə dair 8.10.1-ci yarımbəndinin icrası ilə əlaqədar keçirilən təlimlərin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Sonra institutun əməkdaşı Gülnaz Ələsgərova “Dövlət qulluqçularının etik davranışı”, “Vətəndaşların müraciətinə baxılması” mövzularında, təlimçi-ekspert Nəzrin Əliyeva “Dovlət qulluğu və Korrupsiya” mövzusunda, İnstitutun təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularında təlim keçdilər.

Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən bir qrup rayon İcra Hakimiyyətinin əməkdaşlarına sertifikatlar təqdim olunub.

Keçidlər