Nəsimi rayon İcra Hakimiyyətinin kollektivi və ictimaiyyət nümayəndələri Zəfər parkını ziyarət etdi.
27 sentyabr 2026 | 18:00
27 Sentyabr - Anım Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri Zəfər parkını ziyarət etdilər.
Tədbir iştirakçıları Zəfər parkında abidənin önünə gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla yad edib.






