Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 1 nömrəli Körpələr Evinə baş çəkiblər.

04 dekabr 2023 | 10:40

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nı əsas tutaraq  rayon İcra Hakimiyyətində il ərzində bu səpkidə bir sıra tədbirlər həyata keçirilib. Rayonda yerləşən ümumtəhsil məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısı hər zaman göstərilmişdir.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial qayğısının genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam bir daha göstərir ki, xüsusi qayğıya ehtiyac duyan uşaqlara, ümumən reabilitsiya yönümlü sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara qayğının ildən–ilə artırılması, onların sosial müdafiəsi və qeyd olunan xidmətlərlə təminatının gücləndirilməsi Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Sərəncama uyğun olaraq, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial qayğısının əhatə dairəsinin genişləbdirilməsi, bu sahədə müvafiq işlərin yüksək səviyyədə yerinə yetirilməsi davam etdirilir.

Rayon ərazisində yerləşən 1 nömrəli Körpələr Evində yaşayan uşaqlarda hər zaman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuş, onların sosial müdafiəsi diqqətdə saxlanılmışdır.

Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin bir qrup əməkdaşı  Körpələr Evində olmuş,  valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış və onlara hədiyyələr aparmışlar. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva  müəssisədə səhiyyə xidmətinin təşkili, uşaqlar üçün yaradılan şəraitlə və həmçinin onların səhhəti ilə maraqlanmışdır.

Keçidlər