Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçılarını və əlillərini ziyarət ediblər.
09 may 2022 | 10:13
II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçılarının və əlillərin qonağı olmuş və onlara hədiyyələr verilmişdir.
Görüş zamanı Ağababa İskəndərov, Əzim İbrahimov, Hilal İbrahimov və Anna Kratsova veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və öz xatirələrindən söz açmışlar.