Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri Zəfər parkını ziyarət etdi.
27 sentyabr 2025 | 18:05
27 Sentyabr - Anım Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Zəfər parkını ziyarət etdilər.
Tədbir iştirakçıları Zəfər parkında xatirə daşının önünə gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla yad edib.






