Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə "Ulu Öndər və Azərbaycan tarixi" mövzusunda konfrans keçirilib.

19 aprel 2024 | 11:30

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə "Ulu Öndər və Azərbaycan tarixi" mövzusunda konfrans keçirilib.

Konfransda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.

Konfransı giriş sözü ilə məktəbin direktoru Rəhman Hacıyev açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyətinin konfrans iştirakçılarına çatdırdı.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, bu gün Azərbaycan Respublikası hüquqi-demokratik ölkə kimi gələcəyə doğru uğurla addımlayır. Qazanılan hər bir uğur hər bir soydaşımızda hədsiz qürur doğurmaqla bərabər, başqa bir həqiqəti – Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin ucalığını və böyüklüyünü də dərindən dərk etmək imkanı yaradır. Bir daha yəqin edirik ki, həqiqi xalq lideri Heydər Əliyevin dühasının, mənalı ömür yolunun hər anı, hər səhifəsi gələcək nəsillər üçün mükəmməl bir nümunədir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir. Tarixi şəxsiyyətlər, bir qayda olaraq, ağır, böhranlı zamanlarda, xalq ölüm-dirim dilemması qarşısında qalanda xalqın yanında olurlar və onun taleyini müəyyən etmək məsuliyyətini öz üzərlərinə götürürlər. Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi-iqtisadi və sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də zamanın nəbzini düzgün tutmağı bacaran Heydər Əliyev Konstitusiyanın müstəqil dövlətin həyatında oynadığı rolu tam ciddiliyi ilə qiymətləndirərək və onun inkişafa doğru yolda, bir növ, kompas olduğunu bilərək diqqəti müstəqil respublikamız üçün həyati əhəmiyyətli bu qanunlar toplusunun yaradılmasına yönəltdi. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Yeni Konstitusiyanın qəbulu prosesində dahi dövlət başçımız təkcə müdrik bir siyasi xadim kimi deyil, həm də humanitar elmlərin bütün sahələrinə dərindən bələd olan şəxs kimi ensiklopedik bilik nümayiş etdirmişdir. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.

Daha sonra konfransda məktəbin 11b sinif şagirdi Nəzrin Baxışova "Heydər Əliyevin Azərbaycan tarixində rolu", 11b sinif şagirdi Dilarə Əliyeva "Qarabağ tarixi", 9b sinif şagirdi  Elgün Mirzəyev "Heydər Əliyev və Azərbaycan gəncliyi" və nəktəbin tarix müəllimi Hafiz Azayev Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış etdi.

Sonda isə məktəbin xor kollektivinin ifasında "Şuşa" və "Dahi" mahnıları ifa olundu.

Keçidlər