Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəttində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı irəli gələn vəzifələr müzakirə olundu.

27 may 2022 | 11:25

Nəsimi rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti yığıncağı keçirilmişdir.  Yığıncaqda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı irəli gələn vəzifələr  müzakirə olunmuşdur. RİH başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi Rayon İcra Hakimiyyəti üzrə   2022-ci il üçün İş Planı təsdiq edildiyini qeyd edərək, illik İş Planıın Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunduğunu bildirmişdir. İş Planında Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində görüləcək işlər müəyyənləşdirilmişdir. Bu məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bölmələrin və yerli strukturların, Bələdiyyənin rəhbərlərinə vətəndaş cəmiyyəti institutları ilə birgə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmiş və Tədbirlər planının icrasının nəzarətdə saxlanmasının vacibliyi vurğrlanmışdır.

Keçidlər