Nəsimi rayon ictimaiyyətinin nümayəndələri Anım Günü münasibətilə Hərbi Memorial Məzarlığı ziyarət etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Anım günündə Nəsimi rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkliat rəhbərlərinin, vətən müharibəsi şəhidlərin ailə üzvlərinin, müharibə əlilləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsini simvolizasiya edən monumental abidənin qarşısına əklil qoyulmuş, Şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq qəbrlərinin üzərinə gül dəstələri düzülmüşdür.






