Nəsimi rayon ictimaiyyətinin nümayəndələri Anım Günü münasibətilə Hərbi Memorial Məzarlığı ziyarət etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azadlığıyla nəticələndi.
44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarının işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda xalqımız öz iradəsini, milli məsələlərdəki həmrəyliyini, qəhrəmənlığını bütün dünyaya nümayiş etdirdi, üç minə yaxın vətən övladı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Anım günündə Nəsimi rayon İcra Hakimiyyəti başçısının, rayonun idarə, müəssisə və təşkliatlarının rəhbərlərinin, vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsini simvolizasiya edən monumental abidənin qarşısına əklil qoyulmuş, Şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq qəbrlərinin üzərinə gül dəstələri düzülmüşdür.






