Nəsimi rayon Polis İdarəsində gənclərlə görüş keçirilib.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı Nəsimi rayon Polis İdarəsində gənclərlə görüş keçirilib.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon Polis İdarəsinin məsul əməkdaşları, məktəb direktorları və sığıncaq rəhbərləri iştirak ediblər.
Görüşdə uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər müzakirə olunub, qarşıda duran məsələlərlə bağlı dinləmələr keçirilib.
Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələrlə bağlı fikir mübadiləsi aparılıb.