Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon RİH başçısı səyyar qəbul keçirdi

12 may 2023 | 10:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İƏD üzrə sakinlərin müraciətlərini dinləmişdir. Səməd Vurğun küçəsi 112 ünvanında rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda Vaqif prospekti, A.Bakıxanov, Səməd Vurğun, M.Topçubaşov, Qulu Quliyev, Ak. Mirqasımov, Cəlil Məmmədquluzadə, Balababa Məcidov, Mikayıl Rəfili küçələri ərazilsində yaşayan sakinlər iştirak etmişlər.

Sakinlərdən  Hacıyeva Rəna, Əzizov Polad, Rəhimov Tural, Dövlətov Məhərrəm, Həsənov Hamlet,    Soltanov Elgün, Quliyeva Xanım, Salayev Hikmət, Qasımzadə Lalə    və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, binanın, fasadının təmiri, eyvanın təmiri, quru vəziyyətdə olan ağacın götürülməsi,  lift quraşdırılması barədə müraciətlər etmiş, məişət tullantıları meydançası ilə bağlı təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə 10 may tarixində ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da genişmiqyaslı təntənəli tədbirlərin keçirildiyi, geniş konsert proqramı ilə toplantı və atəşfəşanlığın təşkil olunduğu qeyd olundu.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər