Nəsimi rayon RİH başçısı səyyar qəbul keçirmişdir
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə İƏD üzrə sakinlərin müraciətlərini dinləmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda Azadlıq prospekti, Səməd Vurğun, M.Topçubaşov, Ak. Mirqasımov, Cəlil Məmmədquluzadə, M.Qaşqay, Ceyhun Səlimov küçələri ərazilsində yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən Məmmədova Mehparə, Bağırov Tahir, İmanova Şəms, İsmayılov Natiq, Qasımova Ellada, Əliyeva Kəmalə, İsmayılova Gülsüm, Məmmədov Eldar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətin abadlaşdırılması, asfalt örtüyünün təmir olunması, eyvanın təmiri, quru vəziyyətdə olan ağacın götürülməsi, həyətə girişdə şlaqbaum quraşdırılması, fasiləsiz su təchizatı, tikinti şirkəti barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirildiyi qeyd edilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanları barədə məlumat verilmişdir.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.