Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon ümümtəhsil və məktəbəqədər müəssisələrdə iməcilik keçirilib.

04 mart 2023 | 11:54

Qeyd edək ki, Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib.  

İməcliyin keçirilməsinin əsas məqsədi ətraf mühitin qorunması, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək,  sağlamlığın qayğısına qalmaqdan ibarətdir.

Bu məqsədlə rayon məktəblərində müəllim və şagird kollektivinin birgə iştirakı ilə iməcilik keçirilmişdir.

Keçirilən iməcilik zamanı, məktəblər daxilində, sinif otaqları, dəhliz və digər yerlərdə təmizlik işləri aparılmışdır. Eyni zamanda şagirdlərin iştirakı ilə məktəbin, boş ərazilərdə və həyətlərində dibçəklərdə güllər əkilmiş və müxtəlif təmizlik, yaşıllıq işləri görülmüşdür.

İməcilikdə məktəbyani sahələrdə ağacların dibləri bellənib, həyətyanı ərazilər alaq otlarından təmizlənmişdir.

İməciliklərdə İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, müəllim, şagird və texniki işçilərin iştirakı ilə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi davam etdirilir.

Keçidlər