Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon Vətən Müharibəsi qazisinin ailəsi ziyarət olundu.

02 avqust 2024 | 09:52

 “Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında ”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonundan Vətən müharibəsi əlilinə  2022-ci ildə Məhəmmədi qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzil verilmişdir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə  maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı və rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları Vətən Müharibəsi qazisi Quluzadə Kamal Teyyub oğlunun ailəsi  ziyarət olunaraq, gənc ailəyə hədiyyə təqdim edilib.

Ailə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər