Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı oldu.

03 noyabr 2022 | 15:26

Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi daim dərin hörmət və ehtiramla yad edilir. Rayon ərazidində Dövlət Baçşısının müvafiq tapşıqırlaına uyğun olarq şəhid adının əbədiləşdirilməsi üçün sistemli olaraq işlər aparılır.

Bu işlər çərçivəsində İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarını, rayon ictimayyətinin iştiakı ilə Nəsimi rayonu   240 nömrəli tam orta məktəbdə  məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri Solnsev Dmitriy Aleksandroviç, Qasımlı Mirhəmid Nazim oğlu və Eyyubov Tural Yədulla oğlunun  xatirə lövhələrinin açılışı olub.

Xatirə lövhələrinin açılışı Rayonun İcra Hakimiyyəti başçısı, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimayyətinin, şəhid ailələri və müharibə əlillərinin iştirakı ilə keçirilib. Şəhidlərin əziz xatirəsi  dərin hörmət və ehtiramla yad edilərək, xatirə lövhələrinin önünə gül dəstələri düzülüb, xatirə lövhəsinin önündə şəhidlər haqqında hazırlanmış video çarx nümayiş etdirilib.

Daha sonra məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçılarına məktəblilərin ifasında  şəhidlərin xatirəsinə həsr olunmuş kompazisiyalar təqdim olundu.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki,  Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər