Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 251 saylı ümumi yaşayış binanın fasadında təmir işləri aparılır.

04 may 2024 | 09:50

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, rayonun Mirzəağa Əliyev küçəsi 251 saylı, 5 mərtəbəli ümumi yaşayış binanın fasadında təmir işlərinə başlanılıb. Binanın fasad və eyvanlarının təhlükəli vəziyyətdə olması ilə baqlı binanın eyvanlarının karniz elementlərinin  təmir olunması və binanın fasadında sıradan çıxmış üzlük daşların yeni aqlay daşlarlarla üzlənməsi, bərpa olunması işləri nəzərdə tutulubdur.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər