Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 268 nömrəli Xüsusi Məktəbdə yeni il şənliyi keçirilib.

30 dekabr 2022 | 09:55

Nəsimi rayonu 268 nömrəli Xüsusi Məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti bayram şənliyi keçirilib.

Şənlikdə fiziki qüsurlu uşaqların ifasında rəngarəng çıxışlar iştirak edənlərdə xoş ovqat bağışlayıb.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik etmişdir. Qeyd edildi ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ötən əsrin 70-ci illərində respublikamıza rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görmüşdür. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik əldə etdikdən sonra ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmışdır.  Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti  bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Nəsimi rayonunda uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir. Nəsimi rayonunda da uşaq - gənclər siyasəti uğurla həyata keçirilir, müxtəlif təbəqələrdən olan uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da  xüsusi qayğıya ehtiyacı olan,  o cümlədən sağlamlıq imkanları məhdud olan  uşaqların o cümlədən 1 nömrəli Körpələr Evində yaşayan körpələr diqqət mərkəzində saxlanılır.

Sonda rayon İcra Hakimiyyəti tərəfindən məktəbin şagirdlərinə ərzaq və hədiyyələr verilib. Xatirə şəkili çəkilib.

Keçidlər