Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 28 May 20 saylı binanı əhatə edən həyətyanı sahədə asfaltlaşma və cari təmir işləri aparılıb.

17 iyul 2023 | 10:25

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla aparılır.

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların həyətləri eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.

Qeyd edək ki, Nəsimi rayonu 28 May 20 saylı ünvanda yerləşən ümumi yaşayış binasını əhatə edən yararsız vəziyyətə düşmüş məhəllə daxili yollarda cari təmir işləri eyni zamanda asfaltlaşma işləri aparılmışdır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər