Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 28 May küçəsi 48,50 və Nizami küçəsi 119 saylı binaları əhatə edən məhəllədaxili yollarda cari təmir və asfaltlaşma işləri aparılıb.

26 iyul 2023 | 10:33

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri və asfaltlaşması  istiqamətində işlər uğurla aparılır.

Nəsimi rayonunda İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların həyətləri eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.

Qeyd edək ki, Nəsimi rayonu 28 May küçəsi 48,50 və Nizami küçəsi  119 saylı binaları əhatə edən yararsız vəziyyətə düşmüş həyətyanı sahələrdə və  məhəllədaxili yollarda cari təmir işləri eyni zamanda  yeni asfalt örtüyünün vurulması işləri aparılmışdır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər