Nəsimi rayonu 28 May küçəsində piyada səkilərdə təmir və bərpa işləri aparılır.
19 may 2022 | 13:50
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yarasız vəziyyətə düşmüş yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülən işlər çərçivəsində rayonun küçə və prospektlərində piyadalar üçün nəzərdə tutulmuş, yarasız vəziyyətdə olan səkilərdə cari təmir və bərpa işləri aparılıb.
Təmir və bərpa işləri zamanı səkilərdəki tamet daşları bərpa olunaraq, yeni bardürlər qoyulub.