Nəsimi rayonu 3-cü mikroraron Alı Mustafayev 41 saylı binada quruculuq və yenidənqurma işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq 3-cü mikrorayon Alı Mustafayev 41 saylı ünvanda yerləşən ümumi yaşayış binanın həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar ərazidən çıxarılıb, dam örtüyünün təmiri, fasadının bərpası və rənglənməsi, binanın qarşısında kanalizasiya xətlərinin, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, blokların qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, eyni zamanda həyətdə istinad divarlarının beton konstruksiya ilə gücləndirilməsi işləri başa çatmışdır.
Hal -hazırda həyətə yeni işıqlandırma sistemlərinin quraşdırılması, bardürlərın, asfalt və tamet daşlarının vurulması və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, müxtəlif növ uşaq - oyun elementlərinin və oturacaqların quraşdırılması işləri aparılır.