Nəsimi rayonu, 3-cü mikrorayon Alı Mustafayev 41 saylı binada aparılan abadlıq-quruculuq işləri yekunlaşıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu, Alı Mustafayev 41 saylı ünvanda yerləşən ümumi yaşayış binanın həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar ərazidən çıxarılıb, dam örtüyündə cari təmir işləri aparılıb,
Binanın fasadının bərpası və rənglənməsi tamamlanıb, kanalizasiya xətləri, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, drenajlar qoyulub. Eyni zamanda blokların qapı və pəncərələri yeniləri ilə əvəz olunub, aşma təhlükəsi olan istinad divarların beton konstruksiya ilə gücləndirilməsi işləri başa çatmışdır, Həyətdə bardürlər, səkilər düzəldilib, qazon örtüyü, tamet daşları və asfalt örtüyü vurulub.
Qeyd olunan ünvanda yeni işıqlandırma sistemləri quraşdırılıb və yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, müxtəlif növ uşaq - oyun elementləri və oturacaqlar quraşdırılıb.
Həyət yaxın zamanda sakinlərin istifadəsinə veriləcək.